Xordalılar

Article on other languages:

İkinci bədən boşluğu olan heyvanların ali tipi. Xordalılar üç yarımtipə bölünür: kəlləsizlər, qişalılar (tunikalılar vəya sürfəsixordalılar da adlanır) və onurğalılar (kəlləlilər). Xordalılar üçün bütün ömür boyu və ya inkişafın müəyyən dövründə bel telinin - xordanın, onun üstündə sinir borusunun, həzm borusunun, həzm borusunun önündə (udlağın yanlarında) qəlsəmə dəliklərinin, bədənin ön hissəsində xorda və həzm borusu altında qan-damar sisteminin döyünən hissəsi - 'ürəyin' olması xarakterikdir.

This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.